adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2014 22:46
5484
HADİSƏ

Bakı-Quba yolunda ağır qəza baş verib

Bakı-Qubayolunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən ağıryol qəzası baş verib. Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Qubayolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində "Mercedes"markalı minik və "Kamaz" markalı yük avtomobilləri  toqquşub. "Mercedes"markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfatedib. Sərnişini isə vətəndaşlar xəstəxanaya çatdırıblar.

Dərhal hadisə yerinə FHN-in müvafiqxilasetmə qüvvələri cəlb olunub. Sürücünün meyiti deformasiyaya uğramış minikavtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət vəavadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyətı üzrə təhvil verilib.