Bakı-Quba yolunda ağır qəza - 5 nəfər öldü
"Mercedes” markalı yük avtomobili yol kənarında hərəkətsiz dayanıbmış
Bakı-Quba yolunda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin "112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 45-ci kilometrliyində "Opel” markalı minik avtomobili yolun kənarında hərəkətsiz dayanan "Mercedes” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə deformasiyaya uğramış "Opel” markalı minik avtomobilin 5 nəfərin sərnişini aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və 5 nəfərin cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər Xəbərlər
30 Aprel 2024 00:02
ADNA terrorundan 15 İL ÖTÜR
29 Aprel 2024 17:09Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51