Bakının "Şeytan çarxı" yeni ilə qədər istifadəyə veriləcək
"Şeytan çarxı" adlandırılan attraksionun hündürlüyü 60 metr olacaq
Dənizkənarı Milli Parkın rəis müavini Nazim Məcidov bildirib ki, hazırda attraksionun ətrafında abadlıq işləri və çarxın gecə işıqlanması ilə bağlı son tamamlama işləri gedir.
"Şeytan çarxı" tam hazırdır. İşlək vəziyyətdədir və sınaqdan da keçirilib. Sadəcə onun ətrafında abadlaşma işləri gedir. Orada aparılan quraşdırma işləri zamanı yük maşınları, kranlar daxil olduğundan abadlaşma işlərinə imkan olmurdu. Bir də çarxın özünün gecə işıqlanması ilə bağlı son tamamlanma işləri görülür”, – deyə Milli Parkın rəsmisi vurğulayıb.
Qeyd edək ki, Əl Oyunları Sarayı ilə Bayraq Meydanının arasında tikilən və xalq arasında "Şeytan çarxı” adlandırılan attraksionun hündürlüyü 60 metr olacaq. Təkərin üstündə 30 vaqon olacaq. Hər vaqonda isə 8 nəfər əyləşə biləcək. "Şeytan çarxı” eyni vaxtda 240 nəfərə xidmət edəcək.
Digər Xəbərlər
25 May 2026 19:50
Sürücüləri cəzalandırmaq yox, maarifləndirmək istəyirik...
25 May 2026 19:15
Sabah yağış yağacaq
25 May 2026 16:25
İndi 10 su anbarının yenidən qurulması layihəsi icra edilir
25 May 2026 15:36
Şuşaya ilk köç çatdı - YENİLƏNİB
25 May 2026 12:29
130 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradılıb
25 May 2026 12:17
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb - FOTOLAR
25 May 2026 12:06
Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTOLAR
25 May 2026 11:55


Bakı -°C

