adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Iyun 2017 11:56
5236
MƏMLƏKƏT

Bakının mərkəzində su olmayacaq

Bakının bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 19 iyun 2017-ci il tarixində saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.