adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Sentyabr 2018 10:19
25607
ƏDƏBİYYAT

Bakının həqiqəti də yalandır – SORĞU

Dünyada bir çox şəhərlərvar ki, onlar haqda romanlar, şeirlər, filmlər çəkilib. Türk yazıçısı Orxan Pamukunİstanbuldan yazdığı bir əsər var – "İstanbul: Xatirələr və şəhər”. O romanda İstanbulla bağlı xatirələrini yazıb.

Yazıçılarımız, şairlərimizüçün Bakı necə bir şəhərdi? Yaradıcılığınızda necə rol oynayır? Bakı sizin üçünroman şəhəridi?




Yazıçı NərimanƏbdülrəhmanlı: "Bakı haqqında, demək olar, romanlarımda və hekayələrimdəyazmışam. "Yalqız” və "Yolsuz” romanlarım Bakının həyatımdakı yerini, bu məkandakıyaşantılarımı əks etdirir. Daha doğrusu, əyalətdən gəlib Bakının timsalındaböyük bir şəhərin amansız yaşam qanunlarıyla üz-üzə qalan insanların taleyini qələməalmışam. Müsahibələrimin birində də demişdim ki, Bakıda yaşamaq tale deyil, sənətdi.Əslində elə böyük şəhərlərdə yaşamaq sənətdi. Bu mənada Bakının obrazı məndənötrü bir qədər başqa çalardadı.”





Yazıçı Kənan Hacı: "Bakı deyəndə ilkolaraq gözümün önünə İçərişəhər gəlir. İçərişəhər Bakının ruhudur, Bakı nə qədərmüasirləşsə də onun ayrılmaz komponentləri var ki, biri də İçərişəhərdir. İçərişəhərBakının bir növ, pasportudur. Mənim üçün ən gözəl istirahət Bakının küçələrindəpiyada gəzməkdir. Hər küçəsi, məhəlləsi mənə doğma olan bu şəhər mənə yaradıcıinsan olaraq inanılmaz dərəcədə motivasiya verir. Bakı haqqında bir neçə yazıyazmışam, "Yaddaş kartı” kitabında bir neçə fəsil var ki, şəhərin tarixi vəruhu haqqındadır. Şərq və Qərb dəyərlərinin toqquşduğu bu polifonik məkanasevgimin kökü Xəzər dənizindən su içir. Mən Bakının kəndində doğulmuşam vəuşaqlığım dənizin sahillərində keçib. İlk dəfə dənizinə vurulmuşam Bakının.Sonra meqopolisin içində Bakının milli ştrixlərini axtarmışam və bu ştirxlər mənihəmişə özünə doğru çəkib. Bakı xalçası, Bakı üzümü, Buzovna qutabı, Zirəqarpızı, Bilgəh zəfəranı, Hövsan soğanı və sair. İndi mənim uşaqlığımınBakısından çox az şey qalıb, arada nostalji hislər keçirirəm. Yaddaş sözlərvasitəsilə mənim yaşadığım, mənim gördüyüm tarixi fiksə edir. Təkcə mənim yox,həm də Bakının dünəni və bu gününün tarixini.”



Yazıçı CavidZeynallı: "Mənim hər iki romanımdakı hadisələr Bakıda cərəyanedir. Hər iki qəhrəmanın Bakı haqqında düşüncələrinə geniş yer vermişəm. Eynizamanda hekayələrimdən bəzilərində də hadisələr məhz Bakıda baş verir. Ümumiyyətləisə Bakı haqqında məxsusi bir əsər yazmağı düşünmürəm. Bunun üçün şəhəri dahayaxşı tanımaq, onun bütün tarixini öyrənmək lazımdır. Bir də yəqin ki, şəhərinruhunu hiss etmək üçün Bakıda böyümək vacibdir. Əlbəttə, Bakı tarixi ilə bağlıyazılar, söhbətlər, xatirələr həmişə mənim üçün maraqlı olub. Qarşıma nə vaxtbu cür yazılar çıxıbsa, maraqla oxumuşam.”




Yazar KəramətBöyükçöl: "Bakı şəhər deyil, neft quyusudur. Hərdən mənə eləgəlir ki, ümumiyyətlə, Bakının mahiyyəti başdan-ayağa yalandır. Hətta həqiqətidə yalandır. Tutaq ki, Bakı Paris deyil ki, ona "Səfillər” yazasan. Yaxud,İstanbulu Orxan Pamukun romanlarından tanımaq mümkündür. Bakıda isə heç birsirr, gizli bir şey yoxdu. Bu şəhərlə bağlı hər şeyi demək olar ki, ən adi, sadəadamlar da bilir. Ona görədə burada yazıçıya ehtiyac yoxdur.





Şair Emin Piri: "Bakının tarixi,hansı dövlətlərin paytaxtları olması, müxtəlif dinlərin mərkəz rolları oynamasıkimi faktlardan danışmaq istəməzdim. Çünki bu barədə azacıq tarixi biliyiolanlar məlumatlıdır. Bakını həm müqəddəs şəhər hesab edərdim. Həm də mənə görəBakı şeytani ruhların məbədidir. Bunu həmişə duymuşam. Təbii ki, bu vətənanlayışı kimi deyil, insan əmıliylə yarananlardan gedir. Günah etmək istəyəndəBakıya gəlirəm. Sumqayıtsa bir növ keşişin yanına gedib günahların bağışlanmasıistənilən məbəd rolunu oynayır mənə. Azərbaycanı bir insan bədəni kimi təsviretsək, Bakı Azərbaycanın beynidir. Hislər və insani duyğulardan uzaq rasional.Və tarixi gedişatlara baxsaq Bakı bir qədər Azərbaycanın lənətinə çevrilib. Özhəyatımla götürsəm günahlar şəhəri deyərdim.Yaradıcılıqda isə daha çoxzarafatyana, erotik tipli şeir və hekayələri yazmağımda böyük pay sahibiBakıdır.”








Şairə, yazar Fəridə Uğur: "Bütün şəhərlər roman şəhəri ola bilər məncə. Nə rəngindən, nə böyüklüyündən, nə gözəlliyindən asılı olmadan. Ən balaca və ən rəngsiz şəhərlərdə də gözəl bir eşq macərası, bir qətl hadisəsi, hansısa mistik, paranormal şeylər yaşana bilər. Baxır nə yazmaq istəyirsən. Məsələn, Bakıda yaşanan gözəl bir sevgi romanı. Məncə, maraqlı olar. Yaza bilsən. Mənim yaradıclığımda roluna gəldikdə isə ədəbiyyata addım atmağım elə Bakıda başlayıb. Ən sevilən şeirlərimi və romanımı bu şəhərin küçələrində dolana-dolana düşünmüşəm. Və ən əsası həyatımın təkrar olunmayacaq sevgisini məhz bu şəhərdə yaşamışam. Həm də ki, bu yeni romana qığılcım olub. Bakı mənim üçün gedə bildiyim, qaça bildiyim ən uzaq məsafədir. Hələ ki..."