Bakının bu kəndində qrunt suları evlərin zirzəmisinə dolub - FOTOLAR
Bakı şəhəri Sabunçu rayon Kürdəxanı qəsəbəsində illərdir ki, yağan yağış suları sakinlərə problem yaradır.
Adalet.az-ın ərazidə olan əməkdaşının verdiyi xəbərə görə Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində yağan yağış suları illərdir ki, evlərin zirzəmisinə və ətrafdakı ərazilərə dolur. Sakinlər bildiriblər ki, ərazidə kanalizasiya xətti olmadığından bu problemlə üz-üzə qalıblar. Amma nə kənd bələdiyyəsi, nə də icra nümayəndəliyi bu məsələnin həllində bir dəfə də olsun sakinlərin yanında olmayıb.
Verilən məlumata görə Kürdəxanı qəsəbəsinə yeni kanalizasiya xətti çəkilir. Amma iş nə vaxt başa çatacaq, onu heç kim bilmir. Kəndin mərkəzində kanalizasiya xətti olsa da, Yeni yaşayış massivində kanalizasiya xətti yoxdur. Ona görə də sakinlər illərdir adı çəkilən problemin həll ediləcəyi günü gözləyirlər.
Vətəndaşların sözlərinə görə ətrafda olan bir neçə gölün ərazisi də satılıb və göl doldurulduğu üçün yağış suları bu dəfə evlərin zirzəmisinə dolub. Problemin yalnız bir yolu var və o da ərazidə kanalizasiya xəttinin olmasıdır.
Vasif Əlihüseyn
Fotolar müəllifindir.
Digər Xəbərlər
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18
Azad edilmiş ərazilərdə şəhərsalma ilə bağlı hansı işlər görülüb? - Açıqlandı
26 Sentyabr 2026 12:42
Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
25 Sentyabr 2026 21:45


Bakı -°C

