Bakı-Laçın reysinin ilk sərnişinləri ünvana çatdı - YENİLƏNİB

Bakı-Laçın reysinin ilk sərnişinləri artıq Laçına çatıb.
Adalet.az xəbər verir ki, Laçına səfər etmək istəyənlər biletləri biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərlər.
İşğaldan azad olunmuş ərazilərə giriş zamanı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması vacibdir.
11:26
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb.
AYNA-dan Adalet.az-a bildirilib ki, Bakıdan Laçına reyslər hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,20 manat təşkil edir.
Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,90 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək mümkündür.
Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun icazələrin olması mütləqdir.
Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verilən müntəzəm avtobus reyslərinin təşkilində məqsəd işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasıdır.
Digər Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb - YENİLƏNİB

Samir Şərifova daha bir vəzifə verildi - Baş nazirdən sərəncam

Prezident 4 kəndin sakinləri ilə görüşdü - FOTOLAR + YENİLƏNİB

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış məlumatlar dərc edilib

"Bu qanunun yenidən işlənib qəbul olunmasına ehtiyac var" - Komitə sədri
