Bakıdakı avtobus qəzasında 1 nəfər ölüb - Yaralı sayı 17-yə çatıb
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 17 -ə çatıb. Bu barədə Adalet.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə xəstəxanaya müarciət edib:
Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə ƏhmədoavanınModern.az-a veriyi məlumata görə, xəsarət alanlardan 1 nəfər qadın xəstəxanaya çatdırılmadan hadisə yerində dünyasını dəyişib.
7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki poliklinikada yardım alıb, xəsarətləri ağır olmayıb. 3 nəfərə hadisə yerində ilkin yardım göstərilib.
Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.
Saat 09:28
Bakı Nəqliyyat agentliyindən (BNA) Adaıet.az-a verilən məlumata görə, yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.
Nəticədə, avtobus aşıb.Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədir.