adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Noyabr 2018 13:06
6424
HADİSƏ

Bakıda zibillikdən silah-sursat tapıldı

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, noyabrın 16-da daxil olmuş məlumat əsasında paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutların birindən 2 ədəd "F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş "Makarov” markalı və "Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb. Araşdırma aparılır.