Bakıda yaşayış evi yandı - Sahibi öldü
Bakıda yaşayış evi yanıb.
Daxili İşlər Nazirliyinin mətbiat xidmətindən Adalet.az-a verilən məlumata görə, iyulun 6-da saat 11 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib. Nəticədə 12 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.
Digər Xəbərlər
26 Aprel 2024 18:13