adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Dekabr 2016 18:58
16176
KRİMİNAL

Bakıda yarımçıq tikilidən meyit tapılıb

Bakıda yarımçıq tikilidən meyit tapılıb.

Adalet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda yarımçıq tikilidən 1 nəfərin cəsədini çıxarmaq üçün köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan kişi cəsədini tikilinin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.