adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 11:30
82
HADİSƏ
A- A+

Bakıda toy karvanında 6 maşın toqquşdu - VİDEO

Bakıda toy karvanında zəncirvari qəza baş verib.

Adalet.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Qəza nəticəsində 6 avtomobil toqquşub.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisə ilə əlaqədar toy karvanlarında hərəkət edən sürücülərə müraciət edib: “Toy karvanlarında hərəkət edən bəzi sürücülər təkcə yollarda süni sıxlıq yaratmırlar, onlar həm də qəzaların baş verməsinə səbəb olurlar. Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınan bu qəza real mənzərəni əks etdirir.

Müşahidələr onu göstərir ki, toy karvanlarında olan bəzi sürücülər nəqliyyatın hərəkəti zamanı qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolağını tutur, manevretmə qaydalarını pozur və yollarda süni sıxlıq yaradırlar. Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi toy karvanlarında iştirak edən sürücülərin diqqətinə çatdırır ki, onlar qaydalara məsuliyyətlə yanaşmalı və bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etməlidirlər”.