Bakıda “təhlükəli” şirniyyat həvəskarı saxlanılıb
Paytaxt polisi bu ərəfədə "təhlükəli cinayətkarı” saxlayıb.Bu şirniyyat həvəskarı olan cinayətkar mağazadan şokolad oğurlamağa çalışıb.
Adalet.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan”a Nərmanov Rayon Polis İdarəsindən bildiriblər.
Hadisə yerində 1979-cu il təvəllüdlü Rəcəbli Vüqar Ağasəf oğlu saxlanılıb. O, 1989-cu il təvəllüdlü Rüstəm Salmanova məxsus Təbriz küçəsində, 18-ci polis bölməsinin ərazisində yerləşən mağazadan şokolad oğurlamağa cəhd edib.
Oğurlanan şokoladın ümumi dəyər məbləği 80 manatdır. Nərimanov Rayon Polis İdarəsində şirniyyat aşiqinin həbsxanada oturmayacağı bildirilib. Hüquq-mühafizə orqanı əməkdaşları V.Rəcəblidən izahat aldıqdan sonra onu evə buraxıblar.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21