Bakıda söküntüsü planlaşdırılan binanın sakinləri kompensasiyadan narazıdırlar - VİDEO

Bakının Səbail rayonunda söküntüsü planlaşdırılan binanın sakinləri mənzilləri üçün təklif edilən kompensasiyadan narazı olduqlarını bildirirlər.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, qəzalı vəziyyətdə olan və sökülməli binanın sakinləri təklif olunan kompensasiyadan narazıdırlar.
Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsində yerləşən binanın sakinləri deyir ki, binanın sökülməsi qərarı 2022-ci ildən alınıb. Lakin verilən kompensasiya onları qane etmir.
Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma da müraciət ediblər.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, qeyd edilən ünvanda yaşayan sakinlərin çoxsaylı müraciətlərinə əsasən binanın qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Komitə tərəfindən qəzalı binalardan sakinlərin köçürülməsi istiqamətində tədbirlərə başlanılıb, inventarizasiya işləri həyata keçirilib. Qanuna uyğun olaraq satınalma proseduru keçirilib və qiymətləndirici şirkətlər tərəfindən mənzillərin faktiki sahəsinin hər kvadrat metrinin dəyəri hesablanıb və sakinlərə təqdim edilib. Sözügedən binanın sakinləri təqdim olunan qiymət təklifi ilə razılaşdıqları təqdirdə, onların köçürülməsi prosesi qısa müddət ərzində təmin ediləcək.
Digər Xəbərlər

"Canlılara müdaxilə təbiətlə balansın pozulması ilə nəticələnər" - Mərkəzi Nəbatat Bağından MÜRACİƏT

Azərbaycanda hostellərə müşahidə kamerası qoyulacaq

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək

Qanunsuz saxlanılan heyvanlar Bakı Zooloji Parkına təhvil verildi

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Ev almaq istəyənlərə şad xəbər: Nizamnamə kapitalı artırıldı
