Bakıda qəribə hadisə: Canına qəsd etdiyi deyilən tələbə qız “dirildi”

Ötən gün tələbə qızın Bakıda yaşadığı mənzilin eyvanında özünü asdığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə haqqında intihar xəbəri yayılan R.R. özü Milli.Az-a bildirib.
Qızın sözlərinə görə, kənar bir şəxs onun şəxsi profilinin parolunu sındıraraq bilərəkdən barəsində həqiqəti əks etdirməyən belə bir xəbər yayıb.
Qeyd edək ki, dünən özünü R.R.-in tələbə yoldaşı və eyni zamanda rəfiqəsi kimi təqdim edən bir şəxs R.R.-in intihar etdiyi barədə məlumat vermişdi. O, intihar etdiyini iddia etdiyi qızın “Facebook” hesabında ardıcıl bir neçə status və onunla “xatirələri” ilə bağlı digər paylaşımlar edərək R.R.-in özünə qəsd etdiyini, artıq həyatda olmadığını bildirib.
Həmin şəxs öldüyünü bildirdiyi “rəfiqəsi”nin intihardan öncə ona sosial şəbəkə hesabının parolunu öz əlləri ilə verdiyini və öncə onun bunu hansı səbəbdən etdiyini anlamadığını bildirməklə, dostluğundakı şəxsləri R.R.-in artıq həyatda olmadığına inandırmağa çalışıb.
Digər Xəbərlər
22 Oktyabr 2025 12:31 Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!
21 Oktyabr 2025 17:40 Ağıllı insanlar daha uzunömürlü olur
20 Oktyabr 2025 12:18 Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?
20 Oktyabr 2025 11:10 Yanponiyalı tələbədən maraqlı ixtira
17 Oktyabr 2025 16:01 Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər
17 Oktyabr 2025 15:49 Jurnalistlər “Coolmix”, “Qaf” markalarının istehsal prosesi ilə tanış oldular - FOTOLAR
12 Oktyabr 2025 19:04 Bioloji qocalmanın başladığı yaş açıqlandı
12 Oktyabr 2025 16:57 

Bakı -°C 






