Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçirilir.
Adalet.az xəbər verir ki, sessiyada Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova açılış nitqi ilə çıxış edəcək.
Plenar sessiyada “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Eyni zamanda tədbir çərçivəsində təşkilatın bir neçə komitəsinin iclaslarının keçirilməsi, təşkilati məsələlərə baxılması gözlənilir.
Bununla bərabər, Bakıda QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.
Digər Xəbərlər

"Azərbaycanla yeni müharibə olmayacaq" - Paşinyan

"Ermənistan azərbaycanlıların dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır"

İlham Əliyev Simpoziumun iştirakçılarına müraciət ünvanladı

Sahibə Qafarova Bolqarıstan Respublikası Milli Assambleyasının sədri ilə görüşüb - FOTOLAR

Azərbaycanla Şimali Makedoniya parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub

"Rusiya Azərbaycana minnətdardır" - Kreml

İsrail təkbaşına İranda istəyinə nail ola bilməz... - Səxavət Məmməd yazır
