adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyul 2019 10:06
27593
MƏMLƏKƏT

Bakıda parklanma müəmması - Gəlir hara gedir?

Parklanma bir mədəniyyətdir, gözəllikdir, zövqdür.Hardasa bir normal parklanma görəndə sevinirsən. Rahat və təhlükəsisz dayanabildiyin üçün. Bu parklanmanın qiyməti münasib olanda isə əhvalın daha da yüksəlir.O yüksəkliyin dadını çıxarmaq üçün tez-tez elə o parklanmaya görə yolunu burdansalırsan. Heyiflər olsun ki, belə yerlər çox azdı. Əvəzində hər tində birqolçomaq parkinqlər mövcuddur. Xəstəxanaların həyətində, parkların, marketlərin qarşısında və s. Market yazdımsa bir misal çəkim.Birdən yadına düşür ki, evə çörək almalısan. Düşüb marketdən 50 qəpiklik birçörək götürüb gəlib maşınına oturmaq istəyirsənki, biri kəsdirir maşınının "kuzasının” üstünü. "Ver-ver” deyə-deyə sənə öz aləmindəxidmət göstərir. Sonrada gözünü döyür sənə ki, pul ver. Ala bu da sənə bir 20 qəpiklik.Çörək oldu 70 qəpik. Adam 20 qəpiyə görə söyülmək istəmir. Yoxsa niyə buna pulverəsənki?

Və ya məsəl üçün xəstəxanada ölmüşəm. Mənim meydimiçıxardırlar. Şlaqbaum qalxmır ki, manat ver. Ay rəhmətliyin oğlu, gəlin maşınıdeyil ey qabağını kəsirsən. Ölü maşınıdı. Bir fatihə ver sonra da şlaqbaumunuqaldırda. Diriliyimlə ölülülyüm arasında fərq olmalıdı ya yox? Belə edirsiz ki,adam ölmək də istəmir.

O gün yasamal parkına getmişdim. Bu park "Tri korona” adlanan yeni tikili ilə "Lider”televiziyasının arasındakı ərazidə yerləşir.Gənc parklardandı. Qarşısında avtomobilimi park edərkən biri özünü tələm-tələsikyetirdi. "Bir az sağa, bir az irəli” deyib maşınımın yerini rahatladı. Bildimki, buranın "palajeniyasına” bu baxır. Köməkləşib parkinq edəndən sonrayaxınlaşdım "palajeniyay” baxan "xozeyinə”.Dedim maşınımın arxasındakı yeri saxla dostum gəlib saxlasın. Sağ olsun tam 5 dəqiqəyeri qorudu. Bu 5 dəqiqədə elə 5 dəqiqəlik dərdləşdik. Verdiyim 1 manatınmqabilində mənim elə suallarıma cavab verdi ki, maddi imkanım olsa idi hələ müsahibimin cibinə 5-10 manat basardım ki,danış.

Bu gənclə söhbətdən məlum oldu ki, ayda 250 manat məvacibalır. Təxminən 14 saat işləyir. Səhər 10-dan axşam 23-45-ə kimi. Metrobağlanana yaxın xidməti yerini tərk edib özünü birtəhər metroya çatdırır. Gündəlikplan 60 manatdır. Parkın parkinq hissəsi 6 hissəyə bölünüb. Hər hissədə 10maşın dayana bilir. Hər hissənin də öz "xozeyni” var. Yəni pul yığanı. Hər kəs60 manat plan verir. Bu edir gündəlik 360 manat. Çek istədim güldü. Məlum olduki, çek vermirlər. Yəni yığılan pullar kiminsə cibinə axır. O kimisə butanımır. Amma bilir ki, sıradan birisi deyil.

Dediyinə görə özünün də gündəliyi olur. 10-15 manat.Maşınları iki sıra saxlatdırırlar. Yəni 10 maşınlıq yeri edirlər 20 maşınlıq. Nəetməlidirlər ki? Planı doldurmaq lazımdır.

Gündəlik 360 manat pis rəqəm deyil. Ayın 30 gününəvuranda edir 10 min 800 manat. Bundan da 6 nəfərin 1500 manat əmək haqqısını çıxandayerdə qalır 9 min 300 manat. Yer qazmırsan, daş daşımırsan, süpürmürsən, qazyandırmısan, işıq işlətmirsən, sulamırsan və s. Əlin cibində bəy kimi gəzirsəngündəlik 360 manatın var. Bunu paytaxtdakı çeksiz fəaliyyət göstərən parkinq yerlərinin ümumi sayına vursan edərfilan qədər. Məqsədim kiminsə pulun saymaq deyil. Həmişə artıq olsun. Məqsədimbüdcədən nə qədər vəsaitin yayındığını yazmaqdır.

Açığı bu parklanma yerləri qəliz məsələdi. Bilmirsənbuna kim nəzarət edir. Bu onun üstünə atırdı, o birisi də bunun üstünə. Yazılanlargörə artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daha əvvəllər təşkil edilmiş423 parklanma yeri Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Bu haqdaagentliyin rəsmisi də danışaraq bildirb ki, yerlər mütəxəssislər tərəfindən təhliledilir. Və yalnız məqsədəmüvafiq hesab edilən, yəni nəqliyyat sıxlığına, xüsusəndə ictimai nəqliyyatın hərəkətinə maneə yaratmayan məntəqələrdə parklanma yerləritəşkil ediləcək. Parklanma yerlərinin idarə edilməsi ilə bağlı işlər artıqyekunlaşmaq üzrədir. Yaxın aylarda vurğuladığım məsələlər öz təsdiqinitapdıqdan sonra işlərin icrasına başlanılacaq.

Təki başlanılsın. Pullar dövlətin büdcəsinə axsın.Parklanma yerlərində baş alıb gedən hərc-mərcliliyə son qoyulsun. Qiymətlər dəcibimizə uyğun olsun. Maşınımızı binaların həyət-bacasında yox, park yerlərindəsaxlayaq.


NicatNovruzoğlu

.