adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
21 Yanvar 2022 09:30
327
HADİSƏ

Bakıda oğlan nişanlısının qollarını sındırdı

Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb.

“Report”un məlumatına görə, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.