Rəşid Mahmudovdan Nəsib Quliyevin ölümünə REAKSİYA
“Onun ölümünə çox təəssüfləndim. Görən, Nəsib niyə görə intihar edib?”.
Adalet.az xəbər verir ki, bunu tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib.
O, Nəsib Quliyevin bir vaxtlar onun tələbəsi olduğunu bildirib:
“Mənim hazırda 86 yaşım var. 24 yaşımdan Azərbaycan Tibb Universitetində mühazirələr oxumuşam. Həmin vaxt Nəsib də orda mühazirəmi dinləyən tələbələrdən biri olub. Çox heyf, Allah ona rəhmət eləsin”.
Qeyd edək ki, Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev bu gün yaşadığı evdə odlu silahdan atəş açaraq özünü güllələyib. /bakupost.az
Digər Xəbərlər
06 May 2024 10:56
Bakıda beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
06 May 2024 10:52Bu rayonlarda işıq OLMAYACAQ - XƏBƏRDARLIQ!
06 May 2024 10:48Qaraçuxurda bir avtomobilin şüşəsi sındırılıb, digəri yandırılıb
04 May 2024 14:37Azərbaycanda zəlzələ olub
03 May 2024 17:14