adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Dekabr 2018 15:16
5590
HADİSƏ

Bakıda ofisdən 3000 manat oğurlanıb

Bakıda ofisdən külli miqdarda pul oğurlanıb.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən cari il avqustun 1-də rayon ərazisindəki ofislərin birindən 3000 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vadim Sedov saxlanılıb.