adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
18 Mart 2024 16:53
1032
KRİMİNAL

Bakıda ödəmə terminalı və avtomobillərdən oğurluq edən şəxs tutuldu - VİDEO

Nizami və Nərimanov rayonlarında naməlum şəxs ayrı-ayrı vaxtlarda dörd avtomobili talayaraq pul vəsaiti, mobil telefonlar, şəxsi əşyalar və nəqliyyat vasitələrinin ehtiyat hissələrini oğurlayıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsi (PŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alim Mahmudov saxlanılıb.

DİN-dən Adalet.az- a verilən məlumata görə, saxlanılan şəxsin paytaxtda yerləşən mağazalardan birində quraşdırılan ödəmə terminalındakı pul vəsaitini, eləcə də bir ədəd velosiped oğurladığı da müəyyən olunub. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.