Bakıda narkotik satan qardaşlar tutuldu - VİDEO
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub. Həmin şəxslər – Tural Bayramlı və qardaşı Orxan tutularaq Polis İdarəsinə gətiriliblər. Onların üzərindən və yaşadıqları evdən 2 kiloqrama yaxın psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə “Hidiş” kimi tanıdıqları İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.
Aşkar edilən faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Digər Xəbərlər
15 Dekabr 2025 12:42
Bakıda sərnişindaşıma adı ilə narkokuryerlik edənlər tutuldu - VİDEO
15 Dekabr 2025 10:22
Qayınanasını boğaraq qətlə yetirən gəlin və qardaşı saxlanılıb - YENİLƏNİB
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08


Bakı -°C

