22 May 2024 14:03
935
HADİSƏ

Bakıda minik avtomobili dəmir yolu xəttinin üzərinə aşdı

Bu gün səhər saatlarında Bakının Sabunçu rayonunda yerləşən Pirşağı dəmiryol stansiyasının yaxınlığındakı yolda yüksək sürətlə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü idarəetməni itirərək dəmiryol mühafizə hasarına çırpılıb və nəqliyyat vasitəsi dəmir yolu xəttinin üzərinə aşıb.

Bu barədə Adalet.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil qısa müddət ərzində relslərin üzərindən götürülüb, qatarların hərəkət qrafikində hər hansı gecikmə halları baş verməyib.

Hazırda dəmiryol infrastrukturuna dəymiş ziyan hesablanır.