Bakıda mənzildə YANĞIN:körpə əkiz bacılar ölüb - YENİLƏNİB
Kürdəxanı qəsəbəsində baş verən yanğında iki körpə - əkiz bacılar ölüb.
Adalet.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, yanğın zamanı 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar yanıq xəsarətindən ölüblər.
Yanğın zamanı 2019-cu il təvəllüdü Zərifə Abbasova, 2020-ci il təvəllüdlü Atilla Abbasov, 1998-ci il təvəllüdlü Hamiyə Abbasova, Rövşən Abbasov və Abbas Abbasov yanıq xəsarətləri alıb.
***
Bakıda mənzildə yanğın olub.
Adalet.az apa-ya istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.
Mənzildə baş verən yanğın zamanı azyaşlı körpə dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır. Hazırda yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerindədir.
Digər Xəbərlər
08 Sentyabr 2026 16:41
“Gənclik Mall”da xəbərdarlıq sistemi niyə işə düşüb? - AÇIQLAMA
08 Sentyabr 2026 10:27
Küləkli hava şəraiti ilə bağlı XƏBƏR: 4 nəfər yaralandı
08 Sentyabr 2026 09:51
Hacıqabulda QƏZA: Ölən və yaralananlar var... - YENİLƏNİB
08 Sentyabr 2026 09:44


Bakı -°C

