adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 May 2018 16:28
4875
HADİSƏ

Bakıda maşın aşıb, sərnişin ölüb

Mayın 8-də saat 02.00 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini Bəxtiyar Rəsulov idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb.

Adalet.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə sürücünün sərnişini, qohumu, Abşeron rayon sakini Firuddin Rəsulov ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.