adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Sentyabr 2014 11:15
6397
KRİMİNAL

Bakıda kətənin içindən narkotik çıxdı

Bakıdakı 3 saylı İstintaqtəcridxanasına narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiarxidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Penitensiarxidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirlərinəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Elbrus Gülbalaoğlu Cavadova tanışı, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 18, mənzil 33ünvanında yaşayan vətəndaş Rauf Akif oğlu Kazımovun gətirdiyi sovqata baxışkeçirilib. Baxış zamanı "OZMO” kətəsinin içərisində sellofanpaketlərə bükülərək gizlədilmiş xalis çəkisi 3,761 qram olan narkotik vasitə -tiryək, xalis çəkisi 0,840 qram olan narkotik vasitə - heroin və xalis çəkisi0,73 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Elbrus CavadovCinayət Məcəlləsinin 180.2.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.