Bakıda keçiddə qumbara tapıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində dəmir yolu keçidində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş partlayış təhlükəli əşyanın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
