adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 May 2020 12:10
34311
KRİMİNAL

Bakıda keçmiş məhkum silahla yaxalandı

Bakıda silahlı şəxs yaxalanıb.

Adalet.az-ın  məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü R.Quliyevdən sandıqcasında 5 patron olan "Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.