adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 10:28
1123
KRİMİNAL

Bakıda kafedən pul oğurlandı

Bakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.