adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Avqust 2015 18:35
3518
HADİSƏ

Bakıda ikimərtəbəli ev yandı

Nizami rayonunda ikimərtəbəli ev yanıb.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 192 kv.m olan ikimərtəbəli 8 otaqlı fərdi yaşayış evinin 1-ci mərtəbəsində 2 otağın, dəhlizin yanar konstruksiyaları və ev əşyaları 40kv.m sahədə, 1 otağın tavanı 14 kv.m sahədə , 2-ci mərtəbədə 1 otağın tavanı 15 kv.m sahədə və evin çardağının yanar konstruksiyaları 48 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.