Bakıda qadını müdafiə etmək istəyən qazi qətlə yetirildi - qatil saxlanıldı - TƏFƏRRÜAT
Nəsimi rayon prokurorluğu ötən gecə törədilən qətllə bağlı məlumat yayıb.
Prokurorluqdan Adalet.az-a verilən xəbərə görə, avqustun 15-i saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bəxtiyar Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq tədbirləri davam edir.
***
Bakıda bıçaqlanan gənc oğlanın kimliyi məlum olub.
Adalet.az APA-ya istinadən bildirir ki, ürəyindən bıçaqlanan Muradov Niyammədin Dərşad oğlu parkda qətlə yetirilib.
O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.
N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.
Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.
Xatırladaq ki, Niyammədin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.
***02:25
Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.
Adalet.az APA-ya istinadən bildirir ki, hadisə "Kubinka" ərazisində qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Niyamməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.
O, elə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
15 Dekabr 2025 18:20
Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı
15 Dekabr 2025 12:42
Bakıda sərnişindaşıma adı ilə narkokuryerlik edənlər tutuldu - VİDEO
15 Dekabr 2025 10:22
Qayınanasını boğaraq qətlə yetirən gəlin və qardaşı saxlanılıb - YENİLƏNİB
13 Dekabr 2025 17:11
Azərbaycanda bir gündə 260 nəfər saxlanılıb
13 Dekabr 2025 14:08
Salyanda narkotik vasitə satmaq istədilər - Tutuldular
13 Dekabr 2025 12:40
Bakıda quldurluq edib Tərtərdə gizləndi - VİDEO
13 Dekabr 2025 11:02
İşğaldan azad olunan bölgələrdə silah-sursat aşkarlandı
11 Dekabr 2025 12:45


Bakı -°C

