adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Aprel 2018 12:26
15521
KRİMİNAL

Bakıda əcnəbi qadını qarət edən TUTULDU

Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.

Bu haqda Adalet.az-anazirlikdən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Ağayev olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.