Bakıda dolları saxtalaşdıran dəstə üzvləri saxlanıldı - VİDEO
Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.
Adalet.az xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.
Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.
Araşdırmalar aparılır.
Digər Xəbərlər
23 Sentyabr 2026 13:25
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
22 Sentyabr 2026 16:05
Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar
22 Sentyabr 2026 11:45
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
22 Sentyabr 2026 09:36


Bakı -°C

