adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Noyabr 2019 09:44
7051
HADİSƏ

Bakıda bazar yaxınlığında avtobuslar toqquşdu - 8 nəfər xəsarət alıb

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".