Bakıda azyaşlını hədələyib 45 min dollar alan şəxslər saxlanıldı
Bakıda yeniyetmə oğlana hədə-qorxu gələrək külli miqdarda pul alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.
Məlumatla əlaqədar 5-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02