Bakıda avtomobil axınına məhəl qoymayan piyadalar - VİDEO
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının görüntüləri əsasında paytaxt yollarında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrini təhlil edib. Müşahidələr göstərib ki, Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər küçələrdə bəzi piyadalar yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq, avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsindən keçməklə həyatlarını təhlükəyə atırlar.
Adalet.az xəbər verir ki, ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. Gedəcəyim ünvana daha tez çatım prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan bu piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər.
Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi hadisələrin təxminən 49 faizini təşkil edib. Belə ki, piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb. Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadalara səslənərək onları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməyə,öz həyat və sağlamlıqlarına laqeyd yanaşmamağa dəvət edir.
Digər Xəbərlər
06 Yanvar 2026 19:32
Bu marşrut xəttinə daha 10 avtobus cəlb olunur
05 Yanvar 2026 17:14
Naxçıvanda müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
05 Yanvar 2026 11:19
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı
05 Yanvar 2026 08:26
İlin ilk iş günü Bakı yollarında tıxac var - SİYAHI
01 Yanvar 2026 14:29
Nazirlik avtomobillərin nizamsız parklanması ilə bağlı müraciət etdi
30 Dekabr 2025 12:59
Bayram günlərində bu yolda təmir işləri görüləcək
29 Dekabr 2025 10:24
Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı
27 Dekabr 2025 13:16


Bakı -°C

