Bakıda silahlı insidenti törədən şəxs saxlanıldı - YENİLƏNİB - VİDEO
Bakıda silahlı insidenti törətməkdə şübhəli bilinən bir nəfər tutulub.
Bu barədə Adalet.az-a DİN-dən məlumat verilib.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub.
DİN-dən Adalet.az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur.
Onlar xəstəxanaya çatdırılıblar.
15:16
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər.
Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".
15:15
Bakıda baş verən silahlı insidentlə bağlı Kliniki Tibbi Mərkəzə 2 nəfər güllə yarası ilə daxil olub.
Mərkəzdən Adalet.az-a verilən məlumata görə, həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 3 nəfərin güllələndiyi bildirilir.
15:04
Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə Adalet.az-a TƏBİB-dən bildirilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
14:50
Bakıda silahlı insident olub.
Adalet.az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Araşdırma aparılır.
Digər Xəbərlər
04 Aprel 2026 11:51
Polis qanunsuz saxlanılan tüfəngləri aşkar etdi
04 Aprel 2026 10:56
"Yaralı halda yarım saat kömək istəyib" - Dəhşətli qətlin detalları - VİDEO
02 Aprel 2026 11:11
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
02 Aprel 2026 09:53


Bakı -°C

