adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Fevral 2021 09:10
15254
MƏMLƏKƏT

Bakıda 64 nəfər qarda yıxılaraq xəsarət alıb

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.