Bakıda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report”un məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhalcərrahi əməliyyat icra olunub.
Hazırda R.Bayramovun vəziyyəti ağırdır.
Faktla bağlı polis tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43