Bakıda 213 min manatlıq dələduzluq: Saxlanılan var
Bakıda vətəndaşlara qarşı 213 min manatdan artıq dələduzluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan Vüsal Bağırov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.
Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Vüsal Bağırov saxlanılaraq istintaqa təqdim edilib.
“Saxlanılan şəxsin digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir. Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə,
“102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, - məlumatda qeyd edilib.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19
Cinayətdə şübhəli bilinən 59 nəfər saxlanıldı
29 Sentyabr 2026 12:15


Bakı -°C

