adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
07 Iyul 2015 10:41
5264
KRİMİNAL

Bakıda 21 yaşlı oğlan anasını öldürdü

Siyavuş Zöhrabov anasını qısqanclıq zəminində qətlə yetirib

Bakıda qətl hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb.

1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən S. Zöhrabov tutulub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

apa