Bakıda 16 yaşlı qız ailəsi tərəfindən döyülərək küçəyə atıldı
Bu gün peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülmə faktı aşkarlanıb. Məktəb rəhbərliyi dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 102 xidmətinə məlumat verib. Uşaq ərizəsində təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməsini bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.
"Mən bu məlumatı alan kimi aidiyyatı qurumların koordinasiya formatlı vatsap qrupuna göndərdim. 17 polis bölməsinin əməkdaşları, Sosial Xidmətlər Agentliyi nin əməkdaşları birgə yeniyetmə ilə işə başladılar", - deyə Birliyin sədri qeyd edib.
Onun sözlərinə görə, 16 yaşlı qız gecə evdən döyülərək qovulub, küçədə gecələyib.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğu, hüquq müdafiəçilərinə müraciət edirəm. Uşağın həyatı təhlükədədir", - deyə Kəmalə Ağazadə bildirib.
Digər Xəbərlər
03 Oktyabr 2026 17:00
Bakı metrosunda kişi öldü
03 Oktyabr 2026 15:26
Quba-Xınalıq yolunda sürüşmə - 8 kəndlə nəqliyyat əlaqəsi kəsildi
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59


Bakı -°C

