Bakı Xoreoqrafiya Akademiyasında narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib
Fevralın 10-da Nəsimi Rayon Polis İdarəsinin (NRPİ) təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə BXA-nın tam orta təhsil pilləsinin müəllim-şagird heyəti, akademiyanın İncəsənət fakültəsinin, eləcə də, orta ixtisas təhsili pilləsinin müəllimləri, NRPİ-nin rəisi, polis polkovniki Mirnemət Mirbabayev və NRPİ-nin əməkdaşları iştirak ediblər.
Tədbirdə narkomaniyanın törətdiyi faciələr, cəmiyyətə vurduğu zərər barədə ətraflı məlumat verilib. Narkotik vasitələr ilə mübarizə sahəsində Azərbaycanda aparılan işlər barədə söhbət açılıb, polis əməkdaşları tərəfindən görülən məqsədyönlü tədbirlər, onların nəticələri vurğulanıb.
Eyni zamanda, DİN-in əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına düzgün riayət olunması haqqında tövsiyələr, erkən nikaha daxil olmanın cəmiyyətdə yaratdığı fəsadlar barədə söhbət aparılıb.
Sonda NRPİ-nin əməkdaşları tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Digər Xəbərlər
25 Sentyabr 2026 09:00
AZƏRBAYCAN DÜNYAYA NÜMUNƏDİR
21 Sentyabr 2026 11:16
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
18 Sentyabr 2026 09:00
DÜNYANIN ƏN GÖZƏL YURDU: KƏLBƏCƏR!
11 Sentyabr 2026 09:00
DÜNYAYA İNTEQRASİYA OLUNMAQ ASAN MƏSƏLƏ DEYİL
09 Sentyabr 2026 16:00
"I Bakı Türkoloji Qurultayı arxiv sənədlərində”: Azərbaycan Türk Ocağı yeni kitab hazırlayıb
04 Sentyabr 2026 09:00
QUBA TANINMAZ DƏRƏCƏDƏ GÖZƏLLƏŞİB
01 Sentyabr 2026 10:32
BAKIDA BORÇALI AŞIQLARININ KONSERTİ OLACAQ
31 Avqust 2026 12:32


Bakı -°C

