Bakı və Moskva iqtisadi məsələləri müzakirə etdi
Moskvada Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.
“Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında 2024-cü il avqustun 19-da Bakıda keçirilən danışıqlarda əldə olunmuş razılaşmaların davamı olaraq, komissiaynın həmsədrləri ikitərəfli ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər”, - bəyanatda deyilir.
Əsasən, nəqliyyat, təhsil, ətraf mühitin mühafizəsi sahələrində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunur ki, A.Overçuk və Ş.Mustafayev bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Digər Xəbərlər
07 Aprel 2026 12:05
Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
07 Aprel 2026 10:48
Türk dövlətlərinin xarici ticarətinin həcmi açıqlandı
07 Aprel 2026 10:29
“Azərbaycan və Gürcüstan Avropaya "yaşıl enerji" körpüsü salmağa başlayır”
06 Aprel 2026 19:42


Bakı -°C

