Bakı-Sumqayıt yolunda ağır yol qəzası hərəkəti iflic etdi - FOTO
Bakı-Sumqayıt şossesində ağır yol qəzası baş verib.
APA xəbər verir ki, hadisə magistral yolun Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
“Isuzu” markalı kiçiktutumlu yük maşını yüksək sürətə “Mercedes” markalı minik avtomobilinə, sonra beton yol ayrıcına çırpılıb. Qəza nəticəsində hər iki avtomobilinin sürücüsü və “Mercedes”də olan sərnişin ağır bədən xəsarəti alıb.
Hazırda Bakı-Sumqayıt şossesinin paytaxt istiqamətində, beynəlxalq avtovağzalın yaxınlığında avtomobillərin hərəkətində tıxac yaranıb.
Digər Xəbərlər
04 May 2024 14:37