Bakı şəhər prokurorluğunda təyinatlar oldu
Prezident İlham Əliyevin məhkəmə-hüquq sisteminin daha da müasirləşdirilməsi konsepsiyası çərçivəsində imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanında prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi sahəsində olan fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi tövsiyə edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin Fərmandan irəli gələn vəzifələrin icrası məqsədilə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin 2 böyük prokuroru və 23 prokuroru vəzifəsinə yeni namizədlərin seçiminin aparılması üçün Azərbaycan Respublikası Baş prokurorunun 9 aprel 2019-cu il tarixli sərəncamı ilə Müsabiqə Komissiyası yaradılmış və 12 aprel 2019-cu il tarixdə həmin vəzifələrə təyinatlarla əlaqədar müsabiqə elan edilib.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Hakimlərin Seçki Komitəsinin üzvlərinin iştirakı ilə keçirilmiş müsabiqənin yekununda komissiya tərəfindən yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri seçilərək Azərbaycan Respublikası Baş prokuroruna təqdim edilmişlər.
Dövlət ittihamının müdafiəsi sahəsində əvvəllər iş təcrübəsi olmayan namizədlər cari il iyunun 10-dan 24-dək Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən birgə kecirilən müvafiq ixtisasartırma kursuna cəlb olunmuş və kursu uğurla başa çatdırmışlar.
Hazırda müsabiqə nəticəsində müvəffəqiyyət əldə etmiş prokurorluq işçilərinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin müvafiq vəzifələrinə təyinatları aparılır.
Digər Xəbərlər
27 Aprel 2024 12:57
Deputata sui-qəsd cəhdi ilə bağlı məhkəmə: “Dövlət orqanlarına da girib hər kəsi güllələmək istəyirdim”
26 Aprel 2024 15:43Kamran Əliyev Ağdaşda vətəndaşları qəbul edib
26 Aprel 2024 15:33Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı
26 Aprel 2024 13:19Vəkil: Azərbaycanın iddiası Ermənistanın 30 illik etnik təmizləmə kampaniyasına əsaslanır
25 Aprel 2024 12:32