adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
29 Aprel 2017 13:03
7448
MƏMLƏKƏT

Bakı sakinləri tortlara və bişmələrə üstünlük verir - SORĞU

"ACT Azərbaycan”24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrinitəqdim edir.

Şirniyyat əksər Bakı sakininin süfrəsinin vərasionunun ayrılmaz hissəsidir. Bəs görəsən paytaxt sakinləri hansışirniyyatlardan daha çox istifadə edir ?

Adalet.az xəbər verir ki, sorğu nəticəsində məlum oldu ki, Bakı əhli dilinəşirinlik qatmaq üçün bir ay ərzində əsasən tortlardan (64 %) və bişmələrdən (64%) istifadə edir. Pirojna (57 %) və kekslərdən ( 57 %) istifadə edənlər də yetəriqədərdir. Nisbətən az maraq çəkənlər isə milli və şərq şirniyyatlarıdır (47 %).

Şəhər sakinlərinin şirniyyata olan marağını nəzərəalıb respondentlərin bu şirniyyatları mağazadan hazır şəkildə almaları yoxsaevdəbişirmələri ilə maraqlandıq. Məlum oldu ki, fikri soruşulanların yarıdançoxu tortu (52 %), pirojnani (47 %), milli və şərq şirniyyatı (43 %), keksləri(46 %) həm evdə hazırlayır, həm də hazır şəkildə mağazadan alırlar. Bişmə sevənlərisə onu ancaq hazır şəkildə mağazadan almağa üstünlük verirlər (43 %).

Sorğu 24dekabr –3 yanvar tarixlərində Bakı şəhərində400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrininyanlışlıq həddi maksimum 4.9 %-dir.