Bakı sakininin avtomobilində silah-sursat aşkarlandı
Bakı şəhər sakini S.Şahalıyevin avtomobilindən silah-sursat və 39 kiloqramdan artıq marqanes götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyevin idarə etdiyi "Volkswagen” markalı avtomobilə baxış zamanı üzərində nişangah quraşdırılmış "TOZ-8” markalı silah, 88 ədəd patron və 39 kiloqram 500 qram kalium permanqanat (marqanis) aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Digər Xəbərlər
27 Aprel 2024 09:21
Avtomobil oğurlayan Salyan sakini saxlanıldı
27 Aprel 2024 09:15Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldı
26 Aprel 2024 16:04Nərimanovda 5 kq narkotiklə saxlanılan şəxs həbs olundu - VİDEO
26 Aprel 2024 10:12Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
25 Aprel 2024 11:48