Ötən il Ombudsmanın müraciətləri əsasında 21 məhkum əfv edilib
Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı Ombudsman Səbinə Əliyeva deyib.
"Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsinə dair təşəbbüsü dövlətin humanizm siyasətinin ardıcıl və sistemli şəkildə davam etdirilməsinin bariz nümunəsi oldu. Bu təşəbbüs əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilmiş sayca 13-cü olan Amnistiya aktı ümumilikdə 20.000-dən çox şəxsi əhatə etməklə, bu zamana qədər qəbul edilmiş ən geniş miqyaslı amnistiya aktı kimi tarixə düşdü", - deyə S.Əliyeva qeyd edib.
Digər Xəbərlər
03 Mart 2026 12:32
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
03 Mart 2026 12:29
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
03 Mart 2026 12:25
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşir
03 Mart 2026 12:24
Cinayət mühakimə icraatının elektron aparılma qaydası dəyişir
03 Mart 2026 12:24
Bu məlumatların yayılmasına yol verilməyəcək
03 Mart 2026 12:22
Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək
03 Mart 2026 12:21
Uşağa ad qoymaqla bağlı yeni qayda
03 Mart 2026 12:10


Bakı -°C

