Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır
AZCON Holding" şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.
Bu barədə Adalet.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Layihənin ilkin mərhələsində “Cəfər Cabbarlı–Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.
Belə ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.
Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də “28 May” metro stansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi qaydada davam etdiriləcək.
Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə təkan verəcək. Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan yaradacaq.
Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq. “28 May” stansiyasına qədər sahələrdə (“Dərnəgül-28 May” və “İçərişəhər-28 May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə çatdırılacaq.
Digər Xəbərlər
25 Iyul 2026 17:36
Məhərrəmlik nə vaxt bitir?
25 Iyul 2026 17:00
Bakı-Tbilisi qatarı yolda qaldı - Gürcüstandakı işıq probleminə görə
25 Iyul 2026 13:05
Sədərək və Binə Ticarət Mərkəzləri bağlanır? - VİDEO
25 Iyul 2026 10:50
Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır
25 Iyul 2026 10:30
BDYPİ isti hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
25 Iyul 2026 10:00
65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - VİDEO
25 Iyul 2026 09:30
Nazirlik həftəsonu su hövzələrinə üz tutanlara müraciət etdi
24 Iyul 2026 19:04


Bakı -°C

